Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş İdman Festivalı keçirilib

25 iyun 2022 | 10:04
Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə Şəmkir şəhər parkında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş İdman Festivalı keçirilib.
Fəstivalda Şəmkir rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Dövlət Himnini səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, suverenliyinin bərpa olunması yolunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev Silahlı Qüvvələr Gününün yaranma tarixindən, Azərbaycan Ordusunun müstəqillik dövründə ordu quruculuğu istiqamətində keçdiyi yoldan, Ulu Öndər Heydər Əliyevin istər 1969-1982-ci illərdə, istər isə 1993-2003-cü illərdə Azərbaycan rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən söz açıb.
İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 gün ərzində 30 ilə yaxındır ki işğal altında olan torpaqlarımızı işğaldan azad edərək, öz gücü, öz qüdrətini dünyaya sübut etdi: “44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət yerini tapdı”.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov çıxışında bildirib ki, festivalın keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlar sağlam fiziki tərbiyəsini təmin etməkdir.
Qeyd edək ki, idman festivalında 10-na yaxın idman növü üzrə 500 idmançı iştirak edərək, öz məharətlərini tədbir iştirakçılarına nümayiş etdiriblər.
Keçidlər