Şəmkirdə Sərhəd Mühafizəsinin yaranmasının 105 illiyi qeyd olunub
17 avqust 2024 | 19:30
Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər düzüblər.
Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edərək bildiriblər ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub.