Şəmkirdə Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
10 iyun 2026 | 15:31
Şəmkir rayonunda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Məzahir Hüseynzadə, Ramiz Göyüşlü, Barat Vüsal, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və digər rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər, gənclər və ədəbiyyatsevərlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli şair Səməd Vurğunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rəşad Tağıyev Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, onun zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolundan bəhs edib. Bildirib ki, şairin yaradıcılığı vətənpərvərlik, insanpərvərlik və yüksək mənəvi keyfiyyətlərin təbliği baxımından bu gün də öz aktuallığını qoruyub saxlayır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar birliyinin üzvləri və şairlər bildiriblər ki, Səməd Vurğunun əsərləri Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer alır və gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verir. Onun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilib, yaradıcılığına həsr olunmuş kompozisiyalar təqdim edilib. Məktəblilərin və gənclərin ifasında Səməd Vurğunun əsərlərindən parçalar nümayiş etdirilərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda vurğulanıb ki, Səməd Vurğunun zəngin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində tədbirlərin keçirilməsi gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət edir.
Показать меньше






