Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid övladları üçün Yeni İl şənliyi təşkil olunub

28 dekabr 2023 | 12:30
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.
Tədbirdə iştirak edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bütün şəhid ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.
İcra başçısı bildirib ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır.
Musiqili-əyləncəli şənlikdə uşaqlar Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları, sehirbazla xoş zaman keçiriblər.
Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.
Sonda Şəmkir RİH tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, xatirə fotoları çəkilib.
Keçidlər