Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid övladları üçün Yeni İl şənliyi təşkil edilib.

26 dekabr 2025 | 15:26

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirildi.
Tədbirdə iştirak edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bütün şəhid ailələrini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara sağlam və xoş günlər arzuladı.
İcra başçısı bildirdi ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır.
Musiqili-əyləncəli şənlikdə uşaqlar Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları, sehirbazla xoş zaman keçirdilər.
Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş etdi, onlara əyləncəli anlar yaşatdı.
Sonda Şəmkir RİH tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, xatirə fotoları çəkildi.
Şəhid ailələrinin üzvləri göstərilən diqqətə, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər.

Keçidlər