Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid övladları ilə unudulmaz bir gün- "Yeni İl" şənliyi təşkil olundu

24 dekabr 2021 | 16:00

Şəmkir Əyləncə Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzi və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün “Yeni İl” şənliyi təşkil olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Yeni İl” şənliyini giriş sözü ilə açan Rəşad Tağıyev əvvəlcə bütün şəhid ailələrini qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" münasibətilə təbrik edib.

İcra başçısı bildirib ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Əlbəttə, şəhidlərimizin ailələri  üçün nə etsək də, bizim rahat gələcəyimiz üçün canlarını qurban vermiş bu igidlərimizin haqlarını ödəyə bilmərik! Amma uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır.”

Şənliyin bədii hissəsində şəhid övladları üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, şəhid övladları Yeni İl atributlarının və musiqi qruplarının çıxışlarını maraqla izləyiblər.

Şəhid ailələri də çıxış edərək uşaqların könlünü oxşayan belə bir tədbirin təşkil olunduğuna görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, xatirə fotoları çəkilib.

Tədbirin yekun hissəsində isə könüllülərin nəzarəti ilə şəhid övladlarına Şəmkir Əyləncə Mərkəzində olan atraksionlardan istifadə etmək imkanı yaradılıb.

 

 

Keçidlər