Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid ailələri ziyarət olunub

26 sentyabr 2023 | 09:40
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin ailələri ziyarət olunub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev, RİH kollektivi, rayonun hüquq-muhafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən şəhid ailələrinin evləri ziyarət edilib, onların xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirilib, hər bir şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.
Şəmkir RİH başçısı Rəşad Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı şəhid olan igidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayıb.
Şəhid ailələri ilə görüş zamanı onların qarşılaşdığı problem, yaxud müraciətlərinin həlli ilə bağlı yerindəcə müvafiq tədbirlər görülüb.
Onu da qeyd edək ki, Şəmkir rayonunda şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
Keçidlər