Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

22 may 2026 | 10:48
Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən yarışda region üzrə 5 komanda iştirak edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fərid Əhmədov və digər çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük təsiri olduğunu qeyd edərək, iştirakçılara uğurlar arzulayıblar.
Zona mərhələsində Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının komandaları müxtəlif mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər.
Zona yarışında birinci yeri tutan Şəmkir rayonu Səlahəddin Məmmədov adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbin komandası “Şahin” hərbi-idman oyununun respublika mərhələsində iştirak edəcək.
Keçidlər