Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirilib
26 sentyabr 2022 | 12:15
"Açıq mikrofon" aksiyası çərçivəsində məqsəd sahibkarların problemini yerindəcə dinləmək və SOCAR "Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətləri çərçivəsində mövcud problem və təkliflərinin həlli istiqamətində köməklik etməkdən ibarətdir."
Bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Şəmkir şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan sahibkarların müraciətləri əsasən istehlak etdikləri təbii qazın həcminə görə yaranan debitor borcun hissə-hissə ödənişini təmin etməklə istixanalara təbii qazın verilməsi ilə bağlı olub.
Görüşdə baş direktorun müavini ilə birgə Şəmkir Rayon İcra hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, həmçinin SOCAR "Azəriqaz" İB-nin digər məsul şəxsləri iştirak ediblər.