Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunub

06 dekabr 2024 | 16:25
6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Şəmkir rayonunda tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy, Şəmkir Telekommunikasiya Qovşağı və Şəmkir Poçt Filialının rəhəbər heyəti, əməkdaşları şəhərin mərkəzində ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilər əlamətdar gün münasibətilə təbrik edilərək bilirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.
Keçidlər