Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusu müzakirə edilib

24 may 2022 | 09:39
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz Regional şöbəsinin, Rayon Prokurorluğunun və Polis Şöbəsinin (RPŞ), Qazax-Tovuz Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda Zəyəm Cırdaxan kənd Coşğun Abdıyev adına tam orta məktəbində seminar keçirilib.
Tədbirdə Şəmkir RİH-in əməkdaşı Ruhid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir rayon Prokurorunun müavini Anar Haqverdiyev, Şəmkir rayonu Zəyəm Polis bölməsinin rəisi Qədim Həsənov, Qazax-Tovuz Təhsil İdarəsinin əməkdaşı Vuqar Mövsümov, müəllimlər, psioxoloqlar və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün bölgələrdə qızların təhsilə cəlb olunması istiqamətində mühüm maarifləndirmə işlərinin aparıldığı və bu kimi tədbirlərin silsilə şəkildə keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Seminar diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Keçidlər