Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə qış mövsümü ilə bağlı yarana biləcək problemlər tam nəzarətdə saxlanılır

24 yanvar 2024 | 17:18
Mövsümə uyğun olaraq Azərbaycanın bir çox bölgələrinə, o cümlədən Şəmkir rayonuna bir neçə gündür qar yağır.
Şəhərimizin daxili yollarında və əsasəndə Yasamal aşırımlarında rayon Fövqaladə Hallar Komissiyası tərəfindən aidiyyəti təşkilatlarla birgə qışa hazırlıqla bağlı vaxtında qabaqlayıcı tədbirlər görüldüyündən hazırda hər hansı bir problem müşahidə olunmur.
Yolların buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətində yarana biləcək problemlərin əvvəlcədən qarşısını alamaq məqsədilə hazırda da tədbirlər davam etdirilir. Belə ki, komissiya tərəfindən aidiyyəti təşkilatların dəstəyi ilə yollara duz-qum qarışığı tökülür, ehtiyac olan yerlərdə isə texnika vasitəsilə təmizləmə işləri aparılır.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda qış mövsümündə yarana biləcək problemlər tam nəzarətdə saxlanılır. Bu məqsədlə RİH-də xüsusi komissiya fəaliyyət göstərir, xidmət təşkilatlarında isə 24 saat hazır vəziyyətdə olan növbətçi briqadalar yaradılıb. Həmin briqadalar yarana biləcək fəsadların qısa zamanda aradan qaldırılmasını təmin edəcək.
Keçidlər