Şəmkirdə qadın sahibkarlığının inkişafında möcvud imkanlar müzakirı edilib
27 mart 2024 | 15:51
Şəmkir Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən qadın sahibkarlarla “Qadın sahibkarlığının inkişafında mövcud imkanlar, çətinliklər və prespektivlərin öyrənilməsi” mövzusunda görüş keçirilib.
Görüşdə RİH-in məsul əməkdaşı, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru, Şəmkir KOB dostu, İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət Reklam Agentliyinin regional idarələrinin nümayəndələri, həmçinin müvəkkil bankların, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının əməkdaşları və rayon ərazisində faəiyyət göstərən qadın sahibkarlar iştirak edib.
Çıxışlar zamanı sahibkarlığa dövlət dəstəyi mexanizmləri, sahibkarlara şamil olunan güzəştlər diqqətə çatdırılmış, banklar tərəfindən verilən güzəştli kreditlər barədə məlumatlar verilib.
Aidiyyəti təşkilatların çıxışlarndan sonra qadın sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklər, onları narahat edən problemlər, həmçinin dövlət-sahibkar münasibətləri barədə təkliflər dinlənilmiş, problemlərin həlli yolları müzakirə edilib.