Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2026 | 17:05
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, rayon prokurorunun müavini Anar Haqverdiyev, Şəmkir hərbi prokuroru İlham Babayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzdülər.
Rəşad Tağıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək, müstəqil Azərbaycan dövlətinin hüquq sisteminin formalaşmasında və prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini qeyd etdi. Bildirdi ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Rəşad Tağıyev prokurorluq orqanlarının hüquq qaydasının qorunması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində mühüm fəaliyyət həyata keçirdiyini bildirərək əməkdaşlara dövlətə və xalqa xidmət kimi məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzuladı.
Keçidlər