Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib -2024

01 oktyabr 2024 | 15:29
Şəmkir rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon prokuroru Azər Hətəmov, hərbi prokuror İlham Babayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri əvvəlcə Şəmkir şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yüksələn xətlə sosial-iqtisadi inkişafa nail olan yenidənqurma proseslərini günü-gündən sürətləndirən bir ölkəyə çevrilibdir. Xalqımızın son illər ərzində qazandığı bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Rəşad Tağıyev prokurorluq işçilərinə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına şərəflə xidmət edir.
Keçidlər