Şəmkirdə “Peşəkar mühasib sertifikatı”nın əldə edilməsi haqqında maarifləndirici seminar keçirilib.
31 oktyabr 2025 | 10:57
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında təşkilatçılığı Şəmkir şəhərində Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonları üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün “Peşəkar Mühasib Sertifikatı”nın əldə edilməsi və Peşəkar Mühasib Üzvlük haqda maarifləndirici seminar keçirilib.
Seminarlarda ekspertlər Peşəkar Mühasib Sertifikasiyası (#PMS) haqqında geniş məlumat verib, yeni mexanizmlərin tətbiqi və onların praktiki əhəmiyyəti barədə çıxış ediblər.
Sonda interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda praktiki nümunələrin təqdimatı keçirilib.
Qeyd edək ki, regional seminarın məqsədi mühasiblərin peşəkar inkişafını dəstəkləmək, onları PMS və üzvlük imkanları barədə məlumatlandırmaq və yeni mexanizmlərin tətbiqinə hazırlıqlarını gücləndirmək olub.






