Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Peşə və Sahə Assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib.

18 yanvar 2023 | 15:58

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas keçirilib. 

İclasda Şəmkir RİH-in, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Statistika İdarəsinin, Məşğulluq Mərkəzinin, 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən işçilər iştirak ediblər.

İclas Şəmkir RİH Başçısı Aparatında şöbə müdirinin müavini Rauf Quliyevin sədrliyi ilə keçirilib. O bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. 

Digər çıxış edənlər də çıxışlarında sahibkarların hüquq və iqtisadi mənafelərinin müdafiə olunması, təşəbbüslərinin dəstəklənməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və digər istiqamətlərdə sahə və peşə assosasiyalarının yaradılmasının önəmi barədə danışıblar.

Sonda bir daha bildirilib ki, Rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir

Keçidlər