Şəmkirdə ötən il bu sahələr üzrə ümumilikdə 521470,8 ton məhsul yığılıb
Şəmkir rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən biri də kartofçuluqdur. Rayonumuzda becərilən kartof daxili bazarla yanaşı xarici bazarlara da ixrac olunur.
2024-cü il ərzindən rayonumuzda 6598 hektar sahədə kartof əkilib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən əkilmiş kartof sahələrinin hər hektarından 286,4 sentner olmaqla ümumilikdə 188953,4 ton məhsul yığılıb.
Kartof əkini ilə yanaşı 2024-cü ilin yanvar-dekabr aylarında Şəmkir rayonunda 6705 hektar sahədə tərəvəz bitkiləri əkilib ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz çoxdur. Fermerlər tərəfindən görülən aqrotexniki tədbirlər sayəsində məhsuldarlıq da artaraq hər hektara 491,8 sentner olmaqla ümumilikdə 329718,4 ton təşkil edib.
Bununla yanaşı rayonumuzda 2024-cü ildə əvvəlki illə müqayisədə 11,2 faiz çox olmaqla 90 hektar sahədə müxtəlif bostan bitkiləri də əkilib. Həmin sahələrdən hər hektara 311 sentner olmaqla ümumilikdə 2799 ton məhsul yığılıb ki, bu əvvəlki ilin eyni dövrünə nisbətən 11,2 faiz çoxdur.