Şəmkirdə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
Şəmkir şəhər Bayraq Meydanında keçirilən tədbirdə meydan bayramsayağı Novruz atributları ilə bəzədildi, səmənilər, xonçalar düzüldü.
Tədbirdə iştiak etdən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və sakinlərimiz əvvəlcə Novruz adət-ənənələri, şirniyyatlardan ibarət Novruz sərgisi ilə tanış oldular. Eyni zamanda sərgidə idmançılar və gənc müsiqiçilər, təhsil müəssisələrimizin bədii özfəaliyyət kolektivləri də öz məharətlərini göstərdilər.
Tədbirdə bütün Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, Şəmkir sakinlərini, bayram münasibətilə təbrik edən Rəşad Tağıyev ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladı.
İcra başçısı bildirdi ki, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa və insana məhəbbət bayramıdır. Bu bayram xalqımızın əsrlər boyu formalaşdırdığı adət-ənənələri, mənəvi dəyərləri yaşadır və gələcək nəsillərə ötürür. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.
Rəşad Tağıyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində xalqımız milli varlığımızın zənginliyini özündə cəmləyən Novruz bayramını insanları humanizmə, birlik və bərabərliyə dəvət edən mübarək Ramazan ayında suveren Azərbaycanda, mədəniyyət beşiyimiz olan Qarabağda qürur və fərəhlə qeyd edir.
Rəşad Tağıyev çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində apardığı məqsədyönlü işlərdən də danışdı.
Novruz şənliyində rayon Mədəniyyət Sektorunun, Təhsil Sektorunun və Şəmkir Yaradıcı Gənclər Birliyinin bədii özfəaliyyət kollektivlərinin təqdimatında geniş konsert verildi, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonda rəmzi tonqal qalandı.






