Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Novruz bayramı münasibətilə tədbir keçirildi

19 mart 2024 | 17:12
Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət Novruz sərgisi ilə tanış oldular.
Rayon rəsmiləri çıxışlarında Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, Şəmkir sakinlərini, ölkəmizdən kənarda yaşayan şəmkirliləri təbrik etdi, ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladılar.
Novruz şənliyində rayon Təhsil və Mədəniyyət Sektorunun, Şəmkir Yaradıcı Gənclər Birliyinin bədii özfəaliyyət kollektivlərinin təqdimatında geniş konsert verildi, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonda rəmzi tonqal qalandı, şəhid və qazi övladlarına bayram sovqatları paylanıldı.
Keçidlər