Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti ümumrayon iməcliyi keçirilib.

13 mart 2023 | 10:25
𝐓𝐮𝐥𝐥𝐚𝐧𝐭ı𝐥𝐚𝐫ı 𝐲𝐨𝐥 𝐤ə𝐧𝐚𝐫𝐥𝐚𝐫ı𝐧𝐚 𝐀𝐓𝐌𝐀𝐃𝐈Ğ𝐈𝐍𝐈𝐙 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐭ə𝐬̧ə𝐤𝐤𝐮̈𝐫 𝐞𝐝𝐢𝐫𝐢𝐤!
Şəmkir rayonunun bütün kənd və qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.
Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilib.
Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb.
Məlumat üçün bildiririk ki, Şəmkirdə bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur.
𝐁𝐮̈𝐭𝐮̈𝐧 𝐛𝐮 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫ə 𝐛𝐚𝐱𝐦𝐚𝐲𝐚𝐫𝐚𝐪 𝐲𝐨𝐥 𝐤ə𝐧𝐚𝐫𝐥𝐚𝐫ı𝐧𝐚 𝐲𝐞𝐧ə 𝐝ə 𝐭𝐮𝐥𝐥𝐚𝐧𝐭ı𝐥𝐚𝐫 𝐚𝐭ı𝐥ı𝐫, 𝐲𝐚𝐬̧𝐚𝐲ı𝐬̧ 𝐦ə𝐧𝐭ə𝐪ə𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 ə𝐭𝐫𝐚𝐟ı𝐧𝐝𝐚 𝐤𝐮̈𝐭𝐥ə𝐯𝐢 𝐳𝐢𝐛𝐢𝐥𝐥𝐢𝐤𝐥ə𝐫 𝐲𝐚𝐫𝐚𝐧ı𝐫.
Ona görə də bir daha rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.
Keçidlər