Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti genişmiqyaslı ümumrayon iməcliyi keçirilib

29 dekabr 2024 | 11:24
Başa çatmaqda olan “Yaşıl dünya naminə həmrəylik ili”nin son günlərində, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon sanitar gününün keçirilməsi ilə əlaqədar bütün kənd və qəsəbələri əhatə edən genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda budamanın aparılması işləri görülüb, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, dezinfeksiya işləri görülüb.
Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Ümumrayon iməciliyində rayon Kommunal Müəssisələr Kombinatı , ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları, könüllülər də iştirak ediblər.
Məlumat üçün bildiririk ki, Şəmkirdə bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur.
📌𝐁𝐮̈𝐭𝐮̈𝐧 𝐛𝐮 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫ə 𝐛𝐚𝐱𝐦𝐚𝐲𝐚𝐫𝐚𝐪 𝐲𝐨𝐥 𝐤ə𝐧𝐚𝐫𝐥𝐚𝐫ı𝐧𝐚 𝐲𝐞𝐧ə 𝐝ə 𝐭𝐮𝐥𝐥𝐚𝐧𝐭ı𝐥𝐚𝐫 𝐚𝐭ı𝐥ı𝐫, 𝐲𝐚𝐬̧𝐚𝐲ı𝐬̧ 𝐦ə𝐧𝐭ə𝐪ə𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 ə𝐭𝐫𝐚𝐟ı𝐧𝐝𝐚 𝐤𝐮̈𝐭𝐥ə𝐯𝐢 𝐳𝐢𝐛𝐢𝐥𝐥𝐢𝐤𝐥ə𝐫 𝐲𝐚𝐫𝐚𝐧ı𝐫.
Ona görə də bir daha rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.
Keçidlər