Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti ağacəkmə aksiyası keçirildi, dekorativ ağaclar və gül kolları əkildi

04 iyun 2025 | 17:01
Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin də iştirak etdiyi aksiyada Şəmkir Şəhər Parkına rayonumuzun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar əkildi.
Məlumat üçün bildirək ki, mütəxəssislər tərəfindən hazırlamış plan əsasında həyata keçirilən ağacəkmə aksiyaları Şəmkir şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına, yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Onu da qeyd edək ki, yaşıllıqlar salınan ərazilərdə eyni zamanda abadlıq və təmizləmə, təmir-bərpa işləri görülür, yaşıllıqların suvarılması təmin edilir. Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Keçidlər