Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı” adlı tədbir keçirilib

01 iyun 2023 | 10:43
Şəmkir rayonunda “Heydər Əliyev İli” ili çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir Rayon Təşkilatını tərəfindən Müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad ediblər.
Sonra Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, ömrü boyu xalqına sədaqətlə xidmət etmiş Ulu öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.
İcra başçısı bildirib ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ömrünü dövlətimizin və xalqımızın nicatı və xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsini qızıl hərflərlə yazan Ulu Öndər hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca, hər zaman ürəklərdə əbədi yaşayacaq.
YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev çıxış edərək vurğulayıb ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov söyləyib ki, müasir Azərbaycan Heydər Əliyevin xalqımıza tarixi mirasıdır. Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəlib.
Şəmkir rayon Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova çıxışında diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan görkəmli dövlət xadimi, fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Keçidlər