Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Milli Mətbuat Günü münasibətilə jurnalistlərə görüş keçirildi

22 iyul 2024 | 11:06
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 22 iyul - Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirib.
İcra başçısı media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığından danışılıb.
İcra başçısı eyni zamanda son illər Şəmkir rayonunda görülən işlər, qarşıya qoyulan məqsədlər barədə KİV nümayəndələrinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Rəşad Tağıyev mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.
Sonda jurnalistlərə RİH başçısının Fəxri Fərmanları təqdim olunub.
Keçidlər