Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər

06 iyun 2022 | 18:42
Şəmkir rayonunda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi tədbir iştirakçıları, Suvarma Sistemləri idarəsinin kollektivi Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə Ümumilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad etmişlər.
Süleyman Zeynallı meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara şərəfli fəaliyyətlərində xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edənlər rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Keçidlər