Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə məktəblilərlə möhkəm ailə münasibətlərinin əsası mövzusunda tədbir keçirilib

28 fevral 2025 | 12:04
Şəmkir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional şöbəsinin birgə təşkilatçılığı ilə Zəyəm qəsəbə Əhməd Cəmil adına 1 saylı tam orta məktəbdə "Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildirib ki, ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır.
Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Çıxış edənlər bildirib ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi. Ümummilli Liderimizin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Ölkə başçısı hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.
Keçidlər