Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə media nümayəndələri ilə görüş keçirildi

23 iyul 2022 | 13:05
Şəmkir Rayon İcra Hakimiyyəti 22-İyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş təşkil edib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, rayon icra hakimiyyətinin məsul əməkdaşları, regionun nüfuzlu mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Süleyman Zeynallı çıxışında Azərbaycanın milli mətbuatının yaranmasından, şərəfli inkişaf tarixindən danışıb, mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.
İcra başçısının birincii müavini tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsindən də söhbət açaraq, kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmin dövrdə də fədakarlıqlarından danışaraq, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Jurnalistlər səmimi görüşə görə Şəmkir Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.
Sonda mətbuat nümayəndələrinə Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.
Keçidlər