Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə könüllü qanvermə aksiyası keçirilib

18 noyabr 2025 | 16:59
Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi Respublika Qan Bankının Gəncə bölməsi və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən aksiyaya rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları qatılıblar.
Rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının da qoşulduğu aksiyada 200-ə yaxın insan donor qismində iştirak edib.
Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
 
 
 
 
 
 
 
 
 
Keçidlər