Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə könüllü qanvermə aksiyası keçirildi-FOTOLAR

17 avqust 2022 | 16:59
Bu gün Şəmkir sakinləri hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Şəmkir Rayon İcra Hakimiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun sakinləri, dövlət qurumlarının əməkdaşları qatılıblar.
Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada 200-ə yaxın insan donor qismində iştirak edib.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.
Keçidlər