Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə kənd təsərrüfatı sahəsində yeni texnologiyanın tətbiqinə başlanıb

21 sentyabr 2023 | 14:32
Rayonumuzun ən iri təsərrüfatlarından olan “Azərşəkər” MMC-ə məxsus Ceyrançöl ərazisində yerləşən aqroparkda “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “Azərşəkər” MMC-nin rəhbər heyəti, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
Artıq ənənə halını almış tədbirdə ötən il olduğu kimi bu dəfə də kənd təsərrüfatı sahəsində müasir texnologiyaların təqdimatı keçirilib.
Belə ki, Cənubi Qafqazda ilk dəfə olaraq sözügedən təsərrüfatda “Strip till” suvarma texnologiyasının və “Mzuri” əkin texnikasının istifadəsinə başlanıb. Tədbir iştirakçılarına hər iki texnologiyanın üstünlükləri barədə ətraflı məlumat təqdim olundu, eyni zamanda texnikaların necə işlədiyi əyani şəkildə nümayiş etdirildi.
Hər iki texnikanın tətbiqində məqsəd suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılması ilə ekoloji tarazlığın qorunmasıdır.
Keçidlər