Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

01 noyabr 2022 | 10:57
Bu gün Şəmkir rayonunda “1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül qoyublar.
RİH başçısı Rəşad Tağıyev kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Şəmkir böyük əkinçilik ənənələrinə malik rayonlardan biridir: “Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda Prezident Cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Bu gün Şəmkir də kənd təsərrüfatı sahəsində ölkəmizdə öncüllər sırasındadır. Hazırda rayonumuzda iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Keçidlər