Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı qeyd olundu.

31 oktyabr 2026 | 10:53
Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) sədri Rəşad Əzizov və DAİM-in kollektivi Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
İcra başçısı kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilib. Dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı, fermerlərə yaradılan imkanlar və həyata keçirilən dəstək tədbirləri aqrar sektorun inkişafına, istehsal potensialının genişlənməsinə şərait yaradıb.
Qeyd olundu ki, Şəmkir rayonu ölkənin kənd təsərrüfatı istehsalında aparıcı mövqeyə malikdir. Əlverişli təbii-iqlim şəraiti və formalaşmış təsərrüfat ənənələri əkinçilik, tərəvəzçilik, meyvəçilik, üzümçülük, heyvandarlıq və istixana təsərrüfatlarının inkişafına geniş imkanlar yaradır.
Rəşad Tağıyev aqrar sahənin qarşısında duran əsas vəzifələr sırasında torpaq ehtiyatlarından səmərəli istifadəni, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini və istehsal imkanlarının daha da genişləndirilməsini xüsusi qeyd etdi.
Sonda rayon rəhbəri kənd təsərrüfatı işçilərinə əməklərinə görə təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Keçidlər