Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə keçirilən Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

12 iyun 2026 | 10:37

Şəmkir rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən minifutbol turniri başa çatıb.
16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsinin nəticələrinə əsasən hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar.
Yarımfinal görüşlərində A qrupunun lideri “İdeal” komandası “Çörəkçi” komandasını, B qrupunun birincisi “Səhiyyə” komandası isə “Şəmkir RİH” komandasını məğlub edərək finala yüksəlib.
Həlledici qarşılaşmada “İdeal” komandası “Səhiyyə” komandası üzərində qələbə qazanaraq turnirin qalibi olub. Üçüncü yer uğrunda keçirilən oyunda isə “Şəmkir RİH” komandası “Çörəkçi” komandasını məğlub edərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, qalib və mükafatçı komandalar 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirində mükafatlandırılacaqlar.
Turnirin keçirilməsində məqsəd Milli Qurtuluş Gününün əhəmiyyətinin təbliği, sağlam həyat tərzinin təşviqi olub

Keçidlər