Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə keçirilən ağacəkmə aksiyasında 3500 ağac əkildi, növbəti həftə isə daha 10500 ağac əkiləcək

19 oktyabr 2024 | 12:50
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində əvəllcədən müəyyən edilmiş ərazilərə torpaq-iqlim şəraitinə uyğun 3500 ədəd şam və göyrüş ağacları əkilib.
Eyni zamanda ağacəkma aksiyasının keçirildiyi ərazilərdə abadlıq və təmizləmə işləri görülüb, əkilən ağacların suvarılması təmin edilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəmkirdə növbəti həftə də ağacəkmə aksiyası keçiriləcək və bu iki tədbirdə ümumilikdə rayon üzrə 14000 ağac əkiləcək.
Onu da qeyd edək ki, ağacəkmə aksiyalarının keçirildiyi ərazilərin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Keçidlər