Şəmkirdə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlər keçirilib
02 sentyabr 2022 | 18:36
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün Şəmkir Heydər Əliyev Mərkəzində Regional təlimlər təşkil edilib.
Təlimlərin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, təlimçilər, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər.
Qeyd edək ki, təlimlər yerli icra hakmiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.