Şəmkirdə “𝐘𝐚𝐬̧ı𝐥 𝐝𝐮̈𝐧𝐲𝐚 𝐧𝐚𝐦𝐢𝐧ə 𝐡ə𝐦𝐫ə𝐲𝐥𝐢𝐤 𝐢𝐥𝐢” çərçivəsində iməclik keçirilib
26 aprel 2024 | 15:06
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması işləri görülüb, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.
Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz, xüsusilə də könüllülər yaxından iştirak ediblər.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.