Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə heyvan kəsimi məntəqələrinə baxış keçirilib

22 may 2026 | 15:32
Məlumdur ki, 27-28 may tarixlərində respublikamızda Qurban bayramı qeyd olunacaq. Həmin günlərdə Şəmkir rayonu ərazisindəki heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili ilə bağlı Şəmkir RİH başçısının müvafiq sərəncamı ilə komissiya yaradılıb.
Komissiyanın sədri, RİH başçısının müavini Rüfət Sahibsoy tərəfindən rayon ərazisindəki heyvan kəsimi məntəqələrinə baxış keçirilib, hazırlıq işləri müzakirə edilib. Baxış zamanı məntəqə sahibləri və əməkdaşları ilə söhbətlər aparılıb, bayram günlərində qurbanlıq heyvan kəsiminin kütləviliyi nəzərə alınaraq qida təhlükəsizliyi sahəsində mövcud qayda və normalara əməl edilməsinin xüsusilə zəruri olduğu diqqətə çatdırılıb, bununla bağlı müvafiq tapşırıqlar verilib. Bayram günlərində məntəqələrin fəaliyyətinə, həmçinin ətraf mühitin heyvan mənşəli tullantılarla çirkləndirilməsinin qarşısının alınmasına komissiya tərəfindən ciddi nəzarət olunacağı, müvafiq qurumların gücləndirilmiş iş rejimində çalışacağı qeyd edilib.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonu ərazində qurbanlıq diri heyvanların satışı Şəmkir şəhəri 20 Yanvar küçəsi 35 ünvanında yerləşən məntəqədə, heyvan kəsimi isə Şəmkir-Çinarlı avtomobil yolunun sağ tərəfində, həmçinin Sabirkənd və Düyərli kəndlərində yerləşən kəsim məntəqələrində təşkil olunacaq.
Vətəndaşlardan mövcud qanunvericilikdən, eyni zamanda qida təhlükəsizliyi tələblərindən irəli gələrək qurbanlıq heyvanların kəsiminin yalnız rəsmi qeydiiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməsi xahiş olunur.
Keçidlər