Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə heyvan kəsimi məntəqələrinə baxış keçirilib - 04 iyun 2025

04 iyun 2025 | 11:03

Məlumdur ki, 6-7 iyun tarixlərində respublikamızda Qurban bayramı qeyd olunacaq. Həmin günlərdə Şəmkir rayonu ərazisindəki heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili ilə bağlı Şəmkir RİH başçısının müvafiq sərəncamı ilə komissiya yaradılıb.
Komissiyanın sədri, RİH başçısının müavini Rüfət Sahibsoy tərəfindən rayon ərazisindəki heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Baxış zamanı məntəqə sahibləri və əməkdaşları ilə söhbətlər aparılıb, bayram günlərində qurbanlıq heyvan kəsiminin kütləviliyi nəzərə alınaraq qida təhlükəsizliyi sahəsində mövcud qayda və normalara əməl edilməsinin xüsusilə zəruri olduğu diqqətə çatdırılıb, bununla bağlı müvafiq tapşırıqlar verilib. Bayram günlərdə məntəqələrin fəaliyyətinə, həmçinin ətraf mühitin heyvan mənşəli tullantılarla çirkləndirilməsinin qarşısının alınmasına komissiya tərəfindən ciddi nəzarət olunacağı qeyd edilib.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonu ərazində qurbanlı diri heyvanların satışı Şəmkir şəhəri 20 Yanvar küçəsi 35 ünvanında yerləşən məntəqədə, heyvan kəsimi isə Şəmkir-Çinarlı avtomobil yolunun sağ tərəfində, həmçinin Sabirkənd və Düyərli kəndlərində yerləşən məntəqələrdə təşkil olunacaq.

Keçidlər