Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Heydər Əliyev və təhsil” adlı elmi-praktik konfrans keçirilib

25 oktyabr 2023 | 12:33
Şəmkir rayonunda “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və təhsil” adlı elmi-praktik konfrans keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərə baxış keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Elmi-praktik konfransda çıxış edən RİH başçısı Rəşad Tağıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.
İcra başçısı bildirib ki, bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycanda müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi deməyə əsas verir ki, ölkəmizdə bu məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafında olan misilsiz xidmətlərindən danışan Rəşad Tağıyev uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
Elmi-praktik konfransda çıxış edənlər Ümummilli Liderin təhsil sahəsində tarixi xidmətlərinə nəzər salıb, Ulu öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafına olan diqqətindən danışıblar.
Keçidlər