Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

04 avqust 2023 | 17:15
Şəmkir rayonunda “Heydər Əliyev İli” çərçivəsində rayon İcra Hakimiyyətinin və Şəmkir Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəmkir Heydər Əliyev Mərkəzində yerləşən abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək bildirib ki, ömrü boyu xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində də çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Süleyman Zeynallı bildirib ki, xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
Tədbirdə çıxış edən natiqlər bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.
Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Tədbir çərçivəsində məktəblilərin ifasında Ana dilimizə həsr olunan şeirlər səsləndirilib, bu sahədə fərqlənən müəllimlərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Keçidlər