Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu” adlı konfrans keçirilib.

28 avqust 2023 | 09:20
“Heydər Əliyev İli” ilə bağlı avqustun 25-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Şəmkir şəhərində “Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Şəmkir Şəhidlər Xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.
Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərə baxış keçirilib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.
Dahi lider Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Ceyhun Kazımov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
Konfrans zamanı çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev işgüzar tədbirin Şəmkir şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
İcra başçısı bildirib ki, ömrü boyu xalqına sədaqətlə xidmət etmiş Ulu öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.
Konfransda, həmçinin, Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon prokuroru Azər Hətəmov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi mövzularında çıxış edib.
Tədbir iştirakçıları “Böyük şəxsiyyət...3 ştrixdə” sənədli filminə baxıb.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Keçidlər