Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Heydər Əliyev ili”nə həsr olunan “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib

30 oktyabr 2023 | 15:14
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən icra başçısı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.
İcra başçısı bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası bütün sahələrdə özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilib.
Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq deyən Rəşad Tağıyev qeyd edib ki, tarix göstərir ki, Ulu öndərin gücü Azərbaycanın taleyində mühüm rol oynayır və bəlli deyil ki, xalqımız Heydər Əliyevi xilaskar bilib Azərbaycana dəvət etməsəydi ölkəmizin taleyi necə olacaqdı: “Zamanın dəyərini, dünyanın siyasi axarını, çox gözəl bilən Heydər Əliyev öz dərin zəkası, siyasi uzaqgörənliyi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadimi görüləcək bütün işlərin təməlində ölkədə ictimai-siyasi sabitliyin durduğunu bildiyi üçün ilk növbədə məhz buna nail oldu".
Ulu öndər Heydər Əliyevin bugünki müstəqil Azərbaycanın inkişafında olan misilsiz xidmətlərindən danışan Rəşad Tağıyev uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin öz xalqını zama¬nın mürəkkəb tarixi-siyasi sınaqların¬dan uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd ediblər.
Sonda məktəblilərin ifasında musiqilər və şeirlər səsləndirilib.
Keçidlər