Şəmkirdə genişmiqyaslı daxili iməclik təşkil olunub
Şəmkir rayonunun bütün kənd və qəsəbələri əhatə olunmaqla təşkil olunan iməclikdə magistral və daxili yolların kənarları, Yasamal aşırımları ətraf mühit, eyni zamanda insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, parklar, abidələr, xiyabanlarda abadlıq işləri aparılıb.
Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb, toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
İməclikdə Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının, rayonun idarə, müəssisə, təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, xüsusilə də könüllülər iştirak ediblər.
Məlumat üçün bildiririk ki, Şəmkirdə bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur.






