Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə gənclərlə dini radikalizmlə mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

28 noyabr 2025 | 13:22

Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə “Dini radikalizmin qarşısının alınmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhud Hacıyev çıxış edərək, müasir dünyada radikalizmin yaratdığı sosial təhlükələrdən danışıb. O, gənclərin maariflənməsinin və düzgün informasiya mənbələrinə yönləndirilməsinin radikal çağırışlardan qorunmanın ən təsirli yollarından biri olduğunu qeyd edib.
Şəmkir rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Pərvin Gözəlov çıxışında dövlətin gənclər siyasətinin əsas prioritetlərindən birinin multikultural dəyərlərin, tolerant mühitin və sağlam ictimai davranışın təşviqi olduğunu bildirib. O, məktəblilərin sosial məsuliyyət hissinin artırılmasının radikal trendlərə qarşı dayanıqlılıqda mühüm rol oynadığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional bölməsinin əməkdaşı Vüqar Əliyev isə ölkəmizdə dini təhlükəsizlik sahəsində aparılan işlər barədə məlumat verib. O, dini radikalizmin əsas səbəblərinə toxunaraq, cəmiyyətdə mənəvi dəyərlərin gücləndirilməsinin bu kimi halların qarşısının alınmasında əvəzsiz rol oynadığını qeyd edib.
Tədbirdə iştirak edən şagirdlər mövzu ilə bağlı suallar ünvanlayıb, mütəxəssislərlə interaktiv müzakirələr aparıblar. Onlar milli-mənəvi kimliyin qorunması, radikal təsirlərə qarşı düzgün mövqe seçilməsi və sağlam informasiya mühiti ilə bağlı fikirlərini ifadə ediblər.
Görüşün sonunda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, mənəvi dəyərlərin təbliği və gənclərin maariflənməsi radikalizmlə mübarizədə ən təsirli və dayanıqlı yanaşmalardan biridir.

Keçidlər