Şəmkirdə fövqəladə hallarda davranış qaydaları mövzusunda tədbir keçirilib.
27 fevral 2023 | 18:32
Şəmkir Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Kür qəsəbəsində əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin, FHN-nin Gəncə Regional Mərkəzinin məsul şəxsləri, qəsəbə sakinlərinin iştirak etdikləri tədbirdə fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb.
Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.