Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə FHN işçilərinin peşə bayramı qeyd olunub

16 dekabr 2024 | 18:07
16 Dekabr - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı münasibətilə Şəmkirdə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir DYMH-nin rəhbər heyəti və kollektivi Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad ediblər.
RİH başçısı Rəşad Tağıyev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün işçiləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində fəaliyyət göstərdiyi müddət ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb, nailiyyətlər əldə edib.
Keçidlər