Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə fermerlərlə növbəti görüş keçirilib

06 avqust 2026 | 10:15
Şəmkirdə “Azərbaycan Respublikasında kənd təsərrüfat, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri tərəfindən əkinçilik, heyvandarlıq, istixana və soyuducu anbar kompleksləri, arıçılıq və balıqçılıq sahəsində fəaliyyət göstərən fermer qrupları ilə ayrı-ayrılıqda görüşlər keçirilib, Dövlət Proqramı haqqında geniş məlumat verilib. Respublikanın ən böyük kənd təsərrüfatı rayonu olan Şəmkirdə Dövlət Proqramının icrasından irəli gələn məsələlərin operativ və koordinasiyalı həlli ilə bağlı İşçi Qrup yaradıldığı diqqətə çatdırılıb.
Keçirilən görüşlərdə kənd təsərrüfatının hər bir istiqaməti üzrə mövcud vəziyyət dəyərləndirilib, inkişaf perspektivləri müzakirə edilib.
Dövlət Proqramı çərçivəsində fermerlər tərəfindən icrası planlaşdırılan konkret layihələr təqdim olunub. Həmçinin aqrar sahədə mövcud olan, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş güzəşt və dəstək mexanizmləri haqqında fermerlərin sualları cavablandırılıb, onların təklifləri qeydə alınıb.
Keçidlər