Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə fermerlərlə görüşlər davam edir, onlar Dövlət Proqramının imkanları barədə məlumatlandırılır.

22 sentyabr 2026 | 14:35
Şəmkir rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində təsərrüfat sahibləri ilə işlər davam etdirilir. Bu məqsədlə il ərzində müxtəlif kəndlərdə fəaliyyət göstərən fermerlərlə görüşlər keçirilir, təsərrüfat sahələrinə baxışlar təşkil olunur, məhsul istehsalının vəziyyəti və növbəti mövsüm üçün planlar müzakirə edilir. Eyni zamanda fermerlərin təklifləri dinlənilir və aidiyyəti məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu günlərdə rayonun soğan əkilən sahələrində olub, fermerlərlə görüşərək onların təsərrüfat fəaliyyəti ilə maraqlanıb.
Görüş zamanı qeyd olunub ki, Dövlət Proqramında kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və istehsalın genişləndirilməsi ilə yanaşı, müasir texnologiyaların və innovativ aqrotexniki üsulların tətbiqinə xüsusi əhəmiyyət verilir. Şəmkirdə bu istiqamətdə fermerlərin məlumatlandırılması, təsərrüfatlardakı mövcud vəziyyətin monitorinqi və əkin prosesinin nəticələrinin təhlili davamlı xarakter daşıyır.
Rəşad Tağıyev fermerlərlə söhbətində Dövlət Proqramının yaratdığı imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğulayıb. Bildirib ki, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək istehsalçıların fəaliyyətinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və təsərrüfatların daha müasir əsaslarla qurulmasına imkan verir. Fermerlərin təşəbbüslərinin dəstəklənməsi və onların təkliflərinin nəzərə alınması bu sahədə görülən işlərin mühüm tərkib hissəsidir.
Fermerlər isə bu il soğan sahələrində məhsuldarlığın yüksək olduğunu, becərmə işlərinin düzgün təşkili nəticəsində gözlədiklərindən artıq məhsul əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, cari ilin məhsulu üçün son 6 ayda Şəmkir rayonunda 1528 hektar sahədə soğan əkilib. Son statistik məlumatlara əsasən, həmin sahələrdən ümumilikdə 46911.8 ton məhsul yığılıb.
Keçidlər