Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə əyləncəli və musiqili Yay Fest keçirilib

28 avqust 2026 | 10:30
Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə şəhər parkında “Yay Fest” keçirilib.
Rayonun gənc istedadlarının şəxsi və peşəkar inkişafına, yaradıcı və təşəbbüskar gəncliyin formalaşmasına dəstək olmaq, eyni zamanda gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə təşkil olunan festivalda iştirakçılara əyləncəli və musiqili proqramlar təqdim olunub.
Festival çərçivəsində Şəmkir Rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs ansamblının birgə hazırladığı kompozisiyalar nümayiş etdirilib, müğənni-solistlərin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib.
Bununla yanaşı, Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin istedadlı müəllim və şagirdlərinin çıxışları da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Keçidlər